Logo
+994 51 400 03 03
09:30-dan 19:30-a kimi
UZB | RUS | ENG
Kosmetologiya

Krio terapiya

Kosmetologiya

Krio terapiyası – ümumi sağlamlığa və cavanlaşmaya yönəlik, üz dərisindəki qüsurları aradan qaldıran cərrahi müdaxiləsiz kosmetoloji aparat prosedurudur. Tədbiq üsulu- soyuqla müalicədir.

Krio terapiyası neçə cür olur?

Krio terapiyası (soyuqla dərinin müalicəsi) təyinatdan və istifadə olunacaq cihazdan asılı olaraq fərqli olur.

  • Kriomasaj – dəri tonusunun bərpası, kollagen sintezinin aktivləşməsi, cavanlaşma.
  • Kriolipoliz – dəri altı piy toxumalarına təsir edərək ikinci buxaq və sallanmış yanaqların korreksiyası.
  • Kriocilalama – çapıq, yara və post akne izlərini yox etmək.
  • Kriodestruksiya – papiloma, ziyillərin və s. yox edilməsi.
  • Krioelektorforez – qırışların korreksiyası, seboreyanın müalicəsi, akne, dəri tonusunun və sağlam rənginin bərpası.
  • Aerokrioterapiya – kosmetik prosedurlardan sonra ki, qızartı və şişkinliyi soyuq hava ilə aradan qaldırmaq.

Xoşa gəlməz nəticələrdən uzaq olmaq üçün, bütün krio terapiya prosedurları mütəxəssislər tərəfindən həyata keçirilir. Bundan əlavə soyuq hava ilə müalicənin bir sıra ciddi əks göstərişləri var.

Əks göstərişləri

  • Soyuğa qarşı individual dözüm.
  • Hamiləlik, süd vermə.
  • İnfeksion xəstəliklər.
  • Yüksək hərarət.
  • Ginekoloji potologiya.
  • Onkoloji xəstəliklər.
  • Miqren, yüksək təzyiq.
  • Ürək-damar xəstəlikləri.
  • Psixoloji narahatçılıq.

Soyuq prosedura başlamazdan əvvəl həkim, analiz edərək prosedura olan əks göstərişləri nəzərə almalıdır.

Krio terapiyasının təqbiq qaydaları

  • Dərini təmizlədikdən sonra antiseptik çəkilir.
  • Krio müalicəsinin seansı – dermanı quru və soyuq hava ilə müalicə etmək.
  • Prosedurdan sonra dərini sakitləşdirmək üçün xüsusi maddə çəkilir.
  • 10-15 dəqiqə dincəlmək.

Krio terapiya prosedur sonrası dəri qulluğu üçün məsləhətlər

Bir qayda olaraq krioterapiyasından sonra üzdə yüngül qızartı olur və şişkinlik ola bilər.
Bütün əlamətlər 2-3 gün ərzində keçir.

Əks halda mütəxəssisinizə müraciyət edin. Prosedur zamanı xoşa gəlməz hisslər ola bilər- iynəli hiss, yüngül yanma.

Soyuq müalicə nə verir?

Mübadilə prosesini yaxşılaşdırır, cavan protein ifrazını stimullaşdırır, dəriyə canlı görünüşünü qaytarır. Sızanaqların əmələ gəlməməsi üçün piy toxumalarını tənzimləyir. Xırda damar ulduzcuqlarını, rozaseya və psoriazı müalicə edir.

Yorğunluğu götürür, dəri tonusunu bərpa edir, elastikliyini artırır. Xırda qırışları açır, çapıqları, çatları və post akne izlərini aradan qaldırmağa kömək edir. Sallanmış yanaqları və buxağı yığır. Kosmetik və cərrahi müdaxilə sonrası şişkinliyi yox edir.

                                                                                                                                     

Oxşar prosedurlar

Mikronidlinq

Х

Ətraflı

Bioxygen proseduru

Oxygen mezoterapiyası dərinin cavanlaşdırılmasına, sağlamlığına və qırışların korreksiyasına yönəlik prosedurdur. Prosedur, oksigeni epidermisin dərin qatına faydali kokteyl kimi daxil etmək əsaslıdır.

Ətraflı

Mezoterapiya

Mezoterapiya – tibdə ultranazik iynələr vasitəsi ilə, kalsiotin və tiroksin hormonlarının, kollagenaz və hialuronidaz fermentlərinin, vitaminlərin, minerallar və bitki ekstraktlarının mezodermaya yeridilməsidir.

Ətraflı