Logo
+994 51 400 03 03
09:30-dan 19:30-a kimi
UZB | RUS | ENG
Kosmetologiya

SMAS liftinqi

Kosmetologiya

Tibb kosmetologiyasında yenilikçi olan SMAS liftinqi- əməliyyatsız üz gərmə prosedurasıdır. Bu proseduranın köməyi ilə üz və boğaz dərisində yaşla bağlı yaranmış dəyişiklikləri effektli şəkildə yox etmək mümkündür.

Cərrahi müdaxiləsiz, ağrılı iynələrsiz və uzun müddətli reabilitasiya dövrü olmadan 5-10 yaş cavanlaşmaq istəyirsiniz? SMAS liftinqi sayəsindi bu mümkündür.

SMAS liftinqinin özəllikləri

Ultrasəs gərmə 30 yaşdan yuxarı pasientlər üçündür, kimlərdə ki, aşağıda sadalanan yaşla bağlı dəyişikliklər var:

  • Dəyişmiş üz ovalı
  • Ikinci buxaq
  • Göz qapaqlarının sallanması
  • Yanaq sallanması
  • Qaşların sallanması
  • Üz, boyun və dekolte nahiyyəsindəki dəri sallanması
  • Prosedur demək olar ki, ağrısızdır və heç bir ön hazırlıq tələb etmir.

SMAS liftinqi necə aparılır?

HİFU SMAS liftinqi, dərinin 5 mm dərinliyinə ötürülən xüsusi ultrasəs ötürücüsünün köməyi ilə aparılır. Ən məhşur cihazlar- Ultraformer– Abas One, Ulthera, MBT HIFU v Plus, Doublo, U-ONE, HIFU PRO 5.

İmpulsların sayını və dərinliyini həkim idnividual olaraq təyin edir. Ultrasəs cihazının təsiri toxumaların sallaqlığından və piy qatından asılıdır.

Prosedur zamanı üç başlıqdan istifadə olunur:

Birinci- dermanın 4,5 mm dərinliyinə təsir edir, hansı ki, yumuşaq toxumalar üçün dəstəkləyici karkas rolunu oynayır. İkinci- 3 mm dərinliyində dərinin orta qatlarına təsir edərək yeni kollagen ifrazını stimullaşdırır. Üçüncü- 1,5 mm dərinliyə, dərinin üst qatına təsir edərək qırışları açır.

Prosedurdan 2-3 saat sonra yüngül şişkinlik müşahidə oluna bilər, amma tez bir zamanda keçir. Nadir hallarda bu 1-2 gün çəkə bilər.

Ultrasəs gərmənin nəticələri

İlk nəticəni artıq prosedurdan sonra görmək olar. Dəri daha bərk, qırışların dərinliyi daha az, üz ovalı yığılmış olur. SMAS-dan sonra əsas nəticə 3-6 aydan hiss olunur. Kollagen ifrazının stimulyasiyası, dermada təbii prosesləri hərəkətə salır. Dəri bərpa olunur, elastiklik və möhkəmlik bərpa olunur. Nəticənin müddəti il yarımdan üç ilə qədərdir.

Hi-Fu SMAS haqqında hər şeyi bilmək istəyirsiniz? Saytımızdaki şərhləri oxuyun, şəkillərdən, əvvəl və sonra ki, fərqə baxın.

Liftinqdən sonra 5 gün ərzində olmaz

  • Hamam, sauna və hovuza getmək
  • Isti su ilə yuyunmaq
  • Solyariuma getmək
  • Günəş altında durmaq
  • Skrablardan istifadə emək
  • İdman zalına getmək
  • Orqanizmi yükləmək

SMAS-liftinqə əks göstəriş:

  • Hamiləlik və süd vermə
  • Ürək-damar xəstəlikləri
  • Dəridə olan metal implantlar
  • Ağır psixi xəstəliklər
  • Sızanaqlar, və səpkilər
  • Liftinq olunacaq nahiyyədə iltihab
  • Kaoqulyator qəbulu
  • Onkologiya, lupus eritematoz, skleroderma
  • 18 yaşa qədər

Oxşar prosedurlar

Mikronidlinq

Х

Ətraflı

Bioxygen proseduru

Oxygen mezoterapiyası dərinin cavanlaşdırılmasına, sağlamlığına və qırışların korreksiyasına yönəlik prosedurdur. Prosedur, oksigeni epidermisin dərin qatına faydali kokteyl kimi daxil etmək əsaslıdır.

Ətraflı

Mezoterapiya

Mezoterapiya – tibdə ultranazik iynələr vasitəsi ilə, kalsiotin və tiroksin hormonlarının, kollagenaz və hialuronidaz fermentlərinin, vitaminlərin, minerallar və bitki ekstraktlarının mezodermaya yeridilməsidir.

Ətraflı