Logo
+994 51 400 03 03
09:30-dan 19:30-a kimi
UZB | RUS | ENG
Kosmetologiya

ULTRASƏS PİLİNQİ

Kosmetologiya

Bu prosedura tələbatın çox olması, dəri tipindən və növündən asılı olmayaraq tez və zəmanətli nətinənin əldə edilməsidir. Bundan əlavə US pilinqi zamanı xoşa gəlməz hiss olmur və bərpa müddəti yoxdur. Bir neçə seansdan sonra nəticə 2 ilə qədər davam edir.

Ultrasəs pilinq prosedurun özəllikləri

Üzün ultrasəs təmizləməsi xüsusi – skraber cihazı vasitəsi ilə aparılır. Prosedurdan qabaq üz makiyaj və digər vasitələrdən təmizlənir. Səs dalğalarının daha dərin qata keçməsi üçün üzə xüsusi gel çəkilir. Gellər-yumuşaldıcı, ağardıcı, nəmləndirici və s. olur. Kosmetoloq ehmalca və səliqəli şəkildə cihazla üzdə işləyir. Sonra üzə sakitləşdirici maska və qidalandırıcı krem çəkilir.

Ultrasəs pilinqin üç növü var:

  • Səthi.
  • Orta.
  • Dərin.

Prosedur müddəti 15-20 dəqiqədir. Maksimal nəticə üçün 5-10 prosedur keçilməlidir. Vaxtından tez qocalmanı ləngitmək üçün ildə 1-2 dəfə etmək lazımdır. Prosedur yaşlı dəri ilə yanaşı cavan dəri üçün də keçərlidir.

Göstərişlər

  • Ölü dəri hüceyrələrinin olması.
  • Solğun üz dərisi.
  • Sallanma, dəri elastikliyini itirilməsi.
  • Tıxanıq məsamələr, qara nöqtələr.
  • Akne və aknedən sonra.
  • Genişlənmiş məsaməllər.
  • Mimiki qırışlar.
  • Ləkələr və çillər.

Ultrasəs pilinqinin təmizləmədən əlavə massaj effekti var, və epidermisin daxili qatında cavan kollagen ifrazını stimullaşdırır. Prosedurdan sonra dəri nəyinki kirdən, məsamələrə dolmuş tozdan təmizlənir, həmçinin daha bərk və elastik olur. Xırda qırışlar açılır, akne sonrası izlər və çapıqlar daha az hiss olunur.

Pilinqdən sora üzə çəkilən maskalar daha dərin qata hoparaq dəfələrlə artıq nəticə verir.

Əks göstərişlər

  • Dəri iltihabı, yaralar, cızıqlar.
  • Xroniki dəri xəstəlikləri- herpes, seboreya, psoriaz.
  • Xırda damar ulduzcuqları.
  • Yeni edilmiz kimyavi pilinq.
  • Təmizləmədən sonra əmələ gəlmiş dəri qabıqlanması.
  • Üz siniri.
  • İnfeksion xəstəliklər, yüksək hərarət..
  • Epilepsiya, vərəm.
  • Yeni olunmuş cərrahi əməliyyat.

Digər hallarda prosedur hər növ dəri üçün keçərlidir, heç bir bərpa dövrü tələb etmir. Yüngül qızartı, şişkinlik prosedurdan bir neçə saat sonra çəkilir. Özündə masaj və pilinq xüsusiyyətlərini birləşdirən ultrasəs pilingi münasib qiymətədir. Yaş həddi yoxdur.

Oxşar prosedurlar

Mikronidlinq

Х

Ətraflı

Bioxygen proseduru

Oxygen mezoterapiyası dərinin cavanlaşdırılmasına, sağlamlığına və qırışların korreksiyasına yönəlik prosedurdur. Prosedur, oksigeni epidermisin dərin qatına faydali kokteyl kimi daxil etmək əsaslıdır.

Ətraflı

Mezoterapiya

Mezoterapiya – tibdə ultranazik iynələr vasitəsi ilə, kalsiotin və tiroksin hormonlarının, kollagenaz və hialuronidaz fermentlərinin, vitaminlərin, minerallar və bitki ekstraktlarının mezodermaya yeridilməsidir.

Ətraflı